ABŞ-da bahalı daşınmaz əmlak sahibləri evlərini "Google Maps"dən gizlədirlər.

Unikal.org bildirir ki, bu barədə Trend Rusiya mətbuatına istinadən məlumat verir.

Los-Anceles yaxınlığındakı Hidden Hils şəhərində 6 yataq otağı olan 6,8 milyon dollarlıq malikanə satışa çıxarılıb. Lakin malikanəni "Google Maps"də tapmaq mümkün deyil. Bahalı daşınmaz əmlak sahibləri dalğaları tutan və GPS sisteminin işini bloka alan xüsusi qurğular quraşdırırlar.

Zənginlər və tanınmışlar istəmirlər ki, heç kəs onların harada və necə yaşamalarını öyrənsinlər.