Bir neçə gün bundan əvvəl xalq artisti Flora Kərimova saytımıza verdiyi müsahibədə, həmkarı SSRİ xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova haqda söylədiyi fikirlər birmənalı qarşılanmadı və sənət adamları Flora Kərimovanı tənqid atəşinə tutdular. Flora Kərimovanın fikirlərinə xalq artisti Faiq Ağayev də münasibət bildirib. O açıqlamasında "Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə, onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz- deyə bildirmişdi. Xalq artisti Faiq Ağayevin bu açıqlamsına Flora Kərimova da sərt reaksiya bildirib.

Uniikal.org bildirir ki, O Bizimyol.info-ya açıqlamasında Faiq Ağayev haqda bunları deyib: "Faiq Ağayevin bu millətin yanında dili qısa, başı aşağıdı. Faiq getsin rüsvayşılığının dərdini çəksin. O rüsvayçılığın ki, nə onun yaşadığı illər, nə onun olmayan sənəti o adı onun üzərindən götürə bilməz. Faiq Allahın yazığıdır.

Flora Kərimova deyib ki, Allah qadın funksyasını daşıyan kişini necə bağışlaya bilər. Onun keçmiş həyat yoldaşı Faiqin kim olduğu haqda açıqlama edib. Faiq Ağayev özündən sonra bu sənətdə bir məktəb qoyub, o da g...y məktəbi. O məni məhkəməyə vermişdi və məhkəmənin qərarında o özü qol çəkib ki, kimdir. Bunu özü təsdiq edib. Şəki şəhərində o, konsertə gedəndə camaat: "Bacımız gəlib, deyirdi. Bundan utansın.