ABŞ-ın Florida ştatından olan milyonçu Skot Mitçelin keçmiş nişanlısı Meri Xant məhkəməyə şikayət edib.

Unikal.org oxu.az-a istinadən bildirir ki, gənc qız keçmiş nişanlısı tərəfindən döyüldüyün iddia edərək ona təzminat ödənilməsi barədə tələb irəli sürüb.

Buna cavab olaraq isə S.Mitçel öz evində quraşdırdığı kameralardan görüntüləri yayıb. Videoda 29 yaşlı Merinin özünə necə xəsarət yetirməsi əks olunub.

Qeyd edək ki, bundan əvvəl, ötən ilin avqust ayında milyonçu nişanlısını evdən 2 milyon dollar dəyərində zinət əşyalarını oğurlamaqdaa ittiham edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam edir. Müstəntiqlər Skot Mitçelin təqdim etdiyi videonun montaj olunması iddialarını araşdırırlar.