Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində daha bir məşhur günahlandırılıb. Bu dəfə isə müğənni və köşə yazarı Atilla Taş haqda həbs qərarı istənilir.

Unikal.org-un "Haberler.coma istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən 35 nəfərin saxlanması barədə qərar verilib. Onlardan 9-u saxlanılsa da, Atilla Taş da daxil olmaqla 26 nəfər axtarışlara baxmayaraq tapılmayıb.

Evində tlmayan müğənni sosial şəbəkədə "Haqqımda saxlanılma qərarı olsaydı, hər halda xəbər verərdilər. Qaçaq filan deyiləm. Qaçmaq, qorxmaq üçün heç bir səbəbim də yoxdur. Yerim-yurdum bəllidir. İfadəni harda verməliyik, deyin, elə indi gəlim. Mənim ölkəmə qarşı tək bir xəyanətimi tapsalar, özümü elə o an asaram! Ürəyim rahat, başım dik, alnım təmizdir. İstəyirsiz gəlin aparın, ya da özüm gəlim.