Bu gün Azərbaycanın görkəmli bəstəkarı, şair, rəssam, "Tumurcuq", "Aysel" uşaq mahnı teatrları və Uşaq Filarmoniyasının yaradıcısı, Oqtay Zülfüqarov vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə müğənni Aybəniz Haşımova bildirib.

Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar almışdır. Bir müddət Dövlət Konservatoriyasının violoncel sinfində oxudu, sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olundu.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazandı. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başladı. Eyni zamanda o, -˜-˜Qız-ulduz-˜-˜, -˜-˜Pişik və Sərçə-˜-˜ və -˜-˜Meşə nağılı-˜-˜ operalarını da yazdı. -˜-˜Şəngülüm, Şüngülüm və Məngülüm-˜-˜ adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı -˜-˜Şənlən mənim xalqım-˜-˜ uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülmüşdür.

2010-2012 illərdə O.Zülfüqarov -˜-˜Məlik Məmməd-˜-˜ nağılı əsasında uşaqlar üçün -˜-˜Sehrli alma-˜-˜ iki hissəli balet, -˜-˜Tumurcuq-˜-˜ və -˜-˜Aysel-˜-˜ Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazmışdır.

Uzun illər -˜-˜Tumurcuq-˜-˜ və -˜-˜Aysel-˜-˜ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazmış və onlar -˜-˜Oxuyur Aysel-˜-˜ adlı topluda işıq üzü görmüşdür. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülmüş, 2009-ci ildə -˜-˜Şöhrət ordeni-˜-˜ ilə təltif edilib. Prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov hazırda Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri idi.