Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillyayeva müstəqillik günü (1 sentyabr) ərəfəsində respublika günü münasibətilə təbrik edib.

Bu barədə Unikal.org  AzVision.az-a istinadən xəbər verir.

"Səmimi qəlbdən həmvətənlilərimi Müstəqillik günü münasibətilə təbrik edirəm! Mən əməksevər, sonsuz istedada və mərhəmətli ürəyə malik Özbəkistan xalqına xoşbəxtlik, çiçəklənmə və əmin-amanlıq arzulayıram, - deyə Lola Kərimova-Tillyayeva öz "İnstagram səhifəsində yazıb.

Lola, ötən şənbə günü Özbəkistan prezidentinin beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: "Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir.

Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır.