Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Orexov-Zuev şəhər xəstəxanasında həkim-rentgenoloqun xəstə yaxını tərəfindən vəhşicəsinə döyülməsinin görüntüləri yayımlanıb. 

Unikal.org faktxəbər-ə istinadən verdiyi məlumata görə, həkimin döyülməsinə səbəb xəstənin uzun müddət növbədə gözləməsi olub.
Şahidlər həkimin necə döyülməsini anban çəkiblər. Kadrlardan eşidilir ki, xəstə yaxınları həkimin döyülməsinin qarşısını almaq üçün döyəni sakitləşdirmək istəyirlər.