ABŞ-ın Floridada yaşayan 20 yaşındakı Gerkari Blanco ictimai medianın gündəminə paylaşdığı  fotolarda uzun diliylə fenomenə çevrilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Gerkari Blanco uzun diliylə çəkdirdiyi fotoları sosial mediada yerləşdirib. O, dilini burnun içinə, üzünün sağ və sol istiqamətinə, gözünə, qulağına sala bilir.

Qeyd edək ki, Ginnessin Rekordlar Kitabına dünyanın ən uzun dili olan adamı, 10.1 sm-lik dil uzunluğuyla 26 yaşındakı Nick Stoeberli düşüb.

Ancaq belə görünür ki, Gerkari Blanco uzun diliylə Nick Stoeberlini üstələyəcək.