"Çocuklar duymasın" serialı ilə məşhurlaşan, ardınca "Arka sokaklar"la illərcə ekranda olan türk aktyor Hüsnü Çoban yeni nəsil aktyorları "topa tutub".
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, 25 ildir teatrda çalışan aktyor bu sənətin asan olmadığını deyib: "İndikilər aktyorluğa idman zallarından başlayırlar. İnsanlar artıq gözəllik yarışmalarından, idman zallarından çıxandan sonra aktyor olmağa qərar verirlər. Aktyorluq bu qədər asan deyil. Serial çəkmək də bir sənətdir. Bu işdən qazanc əldə edirlərsə, sənətə hörmət etməli, məsuliyyətlə yanaşmalıdırlar. Görüntüyə yox, təhsilə önəm verməlidirlər".