Noyabrın 12-də Amerikanın Los-Anceles şəhərində dünya şöhrətli aktyor Ceki Çana fəxri "Oskar" mükafatı təqdim olunacaq.

Unikal.org "xəzərxəbər"ə istinadən məlumat verir ki, kinematoqrafiyanın inkişafında göstərdiyi xidmətlərə görə mükafatlandırılacaq Ceki Çan dünyanın ən çox qazanan kino aktyorları arasında ikinci yerdədir. Onun illik qazancı 61 milyon dollardır.

Şərq döyüş növlərinin ustası olan 62 yaşlı Ceki Çan 250-dən çox filmdə çəkilib. Təhlükəli tryukları əsasən özü edən Ceki Çan bu səbəbdən sığorta şirkətlərinin qara siyahısındadır.