Aktyor Kənan İmirzalıoğlu Türkiyədə 15 iyulda baş verən hərbi çevrilişə cəhd hadisələrində şəhid olan Ömər Halisdəmirin məzarını ziyarət edib. Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, Niğde şəhərindəki Çuxurquyu Şəhidlər Məzarlığına gedən aktyor, Ö.Halisdəmirin qəbri ütündə dualar oxuyub.

Çuxurquyu bələdiyyə sədri tərəfindən qarşılanan K.İmirzalıoğlu daha sonra şəhidin ailəsinin evinə gedərək başsağlığı verib.

Qeyd edək ki, Ömər Halisdəmir 15 iyul gecəsində çevrilişə cəhd edən qrupun generalı Semih Terzini öldürərək hadisələrin gedişatını dəyişmişdi.