Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlunun babası vəfat edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbəri "Best Model şirkətinin qurucusu Erkan Özerman məlumat verib. O bu barədə sosial şəbəkədə yazıb:

"Kənan İmirzalıoğlunun kədərini bölüşür, mərhuma Allahdan rəhmət, ailəsi və sevənlərinə başsağlığı diləyirəm. 

Aktyorun babası Ankaranın Bala qəsəbəsinin Üçəm kəndində dəfn edilib.