"Show TV"də yayımlanan "Aşk laftan anlamaz" serialının "Hayat"ı Hande Erçellə bağlı maraqlı fakt ortaya çıxıb.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, aktrisa 2012-ci ildə Bakıda keçirilən "Miss Civilization of The World" müsabiqəsinin iştirakçısı olub.

"Cumartesi sürprizi" verilişi Handenin Azərbaycandakı görüntülərini yayımlayıb. Onun müsabiqədə ikinci yeri tutduğu bildirilib.