Binəqədi rayonunun "Xutor" adlanan ərazisində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumatına görə, taxta tullantıların yığıldığı ərazidə yanğın baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları göndərilib.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.