FETÖ istintaqı çərçivəsində həbs edilən Türkiyənin tanınmış müğənnisi Atilla Taş ikinci peşəsindən ifadə verib. O həmçinin köşə yazarlığı etdiyi qəzetlə əlaqəni kəsdiyini deyib. 

Unikal.org  "Show Tvyə istinadən xəbər verir ki, "Terror təşkilatına bilərək və istəyərək yardım etmək" maddəsi ilə haqqında cinayət işi açılan Atilla Taş, köşə yazıları yazdığı "Meydan qəzetinin FETÖ-nün nəzarətində olduğunu bilmədiyini deyib:

"Qəzetin rəhbəri Levent Kenez mənə qəzetdə işləməyi təklif etmişdi. Ona indiki iqtidara muxalif fikirli, Atatürkçü biri olduğumu demişdim. O da qəzetin daha çox şou-biznes üzrə çalışacağını bildirmişdi. Buna görə təklifi qəbul etmişdim. Əgər bu qəzetdə çalışdığım üçün günahkar hesab edilirəmsə, mənim dövlətim silahlı terror təşkilatının qəzet çıxarmasına niyə icazə verib? Əgər qəzetin FETÖ nəzarətində olduğunu bilsəydim qəzetdə çalışmaz, hətta onlara salam verməzdim.

Qeyd edək ki, dünən FETÖ istintaqı çərçivəsində aralarında Atilla Taşın da olduğu 8 media nümayəndəsi də saxlanılıb. 

Aygün