Braziliyalı superulduz Ronaldinyo yenidən "Barselona"ya qayıdır.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bu dəfə futbol elçisi olaraq Kataloniya klubuna qayıdır. Sentyabr 6-da Nyu Yorkda yeni bir ofis açan "Blaugrana" əfsanəvi oyunçusu ilə bu iş üzrə anlaşdı.

Qeyd edək ki, 2003-2008-ci illər aralığında "Barselona"da top qovan Ronaldinyo məhz katalonların heyətində dünya ulduzuna çevrilmişdi.