2015-ci ildə xarici ölkələrdən Azərbaycana daimi yaşamaq üçün gələn və ölkədən gedən 15-29 yaşlı gənclərin statistikası açıqlanıb.

Dövlət Statistika komitəsindən Unikal.org-a verilən məlumata görə, Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 630 nəfərdir. Onların 133-ü kişi, 497-si isə qadındır.

Ölkədən daimi yaşamaq üçün gedənlərin sayı isə 811 nəfərdir ki, bunun 411 nəfəri kişi, 400 nəfəri qadındır.

Azərbaycandan daimi yaşamaq üçün gedən gənclər daha çox Qazaxıstan (275), Rusiya Federasiyasına (411) üz tuturlar. Eyni zamanda MDB ölkələrinə gedənlərin də sayı az deyil. Belə ki, ötən il 728 azərbaycanlı gənc MDB ölkələrinə getmək üçün ölkəni tərk edib.

Ölkəmizə daimi yaşamaq üçün gələn gənclər sırasında Rusiya Federasiyası (294) və Gürcüstan (168) təmsilçiləri üstünlük təşkil edib. Eyni zamanda 2015-ci ildə MDB ölkələrindən Azərbaycana daimi yaşamaq üçün gələn 14-29 yaşlı gənclərin sayı 428 nəfər olub.