Müğənni Linet ərə getməyə hazırlaşdığı fransız sevgilisinin evli olduğunu öyrənib şok olub. 
Unikal.org axsam.az-a istinadən xəbərinə görə, ifaçı sevgilisi Laurent Zalmonoviçlə martın 5-də Fransada ediləcək toya hazırlaşarkən pis sürprizlə qarşılaşıb. 

Zalmonovun ailəli olduğunu və arvadı ilə Fransada yaşadığını öyrənən Linet münasibətinə son qoyduğunu deyib:

"Mənə 6 il əvvəl boşandığını demişdi. 1,5 ildir birlikdəydik və evlənməyə hazırlaşırdıq. Yaxşı ola bilməyim mümkün deyil".

Sevgilisi 41 yaşı tamam olan Linetə ad günü hədiyyəsi olaraq 400 min avroluq avtomobil almışdı.