Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.

 

Oyun Azərbaycan millisinin 1:0  hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, yığmamız "C qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.
 

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

San-Marino - Azərbaycan - 0:1

Qol: Ruslan Qurbanov, 45