Bakıda kafedə yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus kafenin ərazisində ümumi sahəsi 10 m² olan otağın lambirindən ibarət tavanı 10 m² sahədə və yaxınlıqda yığılan 15 m² sahədə məişət tullantıları yanıb. 

Otağın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. 

Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.