"TV 8 kanalının rəhbəri Acun Ilıcalı Mayamidə Palma adasında villa alıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, məşhur aparıcı villa üçün 6 milyon dollar dəyib.

Acun Barbara Uolters, Qabrielle Anvar, Al Kapone, Enrike İqlesias, Anna Kurnikova kimi ulduzlarla da qonşu olub.

Ərazisi 650 kv.m olan villada 5 yataq otağı var. Dəniz kənarındakı bu villanın geniş baxçası və gəmilər üçün xüsusi limanı da var.

Məlumata görə, villanın real dəyəri 10 milyon dollar olub. Lakin, ev sahibinə təcili pul lazım olub və Acun nəğd 6 milyon ödədiyi üçün ona satıb.