"Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi.

Unikal.org-un məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

DÇ-2018-in seçmə mərhələsin çərçivəsində səfərdə San-Marinoya qalib gələnə millimizin oyunundan sonra federasiya rəhbəri fikirlərini jurnalistlərlə bölüşüb: "Ümumilikdə dörd yüz faizlik qol şansı oldu. Ancaq istifadə edə bilmədik. Bu tsikldə ilk oyundur və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyundan baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil.Baş məşqçiyə də narahatlığımı çatdırdım. Ola bilər ki, Prosineçki müəyyən taktiki dəyişiklər etdi. Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm. Əsas odur ki, millimizin ehtiyat oyunçular skamyası genişdir və bu da yaxşı rəqabət yaradır.