Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzuSilvestr Stallonenin srağagün vəfat etməsi ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlər artıq iki gündür ki, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Unikal.org Daily Mail-ə istinadən bildirir ki, Silvestr Stallonenin ölümü ilə bağlı "#StalloneDead" heşteqi ilə yayılan xəbərlər ağ yalan, mistifikasiyadır.

"Rembo" və "Rokki" rolları ilə dünyaca məşhurlaşan 70 yaşlı aktyor dünən Beverli-Hilssdə dostları ilə birlikdə alış-verişə yollanmışdı.

O, çox sağlamgörünürdü. "Slay" ölüm xəbərlərini şərh etməkdən boyun qaçıraraq "Görürsünüz ki, sağam: axmaqlara inanmayın" deyib.


Silvestr Stallonenin ölüm xəbəri yayıldı - FOTO
Silvestr Stallonenin ölüm xəbəri yayıldı - FOTO
Silvestr Stallonenin ölüm xəbəri yayıldı - FOTO

Silvestr Stallonenin ölüm xəbəri yayıldı - FOTO