Türkiyənin məşhur müğənnisi Nez ailə quru. O 18 illik dostu ilə ailə həyatı qurmağa hazırlaşır.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, imüğənni Londonda yaşadığı ərəfədə dostluq münasibətində olduğu aktyor Eylem Server Ünüvar ilə evlənmək qərarına gəlib.

E.Server müğənniyə evinin eyvanından evlilik təklifi edib. Evlilik təklifini qəbul edən Nez: "Çox həyəcanlandım, ayın 16-da bizə elçi gələcəklər. Dərhal toy edəcəyik. Və biz Londonda yaşayacağıq", - deyə bildirib. 

Nezin evlənəcəyi xəbərindən sonra onun fanatları instagram səhifəsindı "bütün kişilər üzüləcək" rəylərini yazıblar.