Hollivud ulduzu Lindsi Lohan yunan biznesmen Dennis Papageorgiou ilə eşq yaşayır.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu yaxınlarda 23 yaşlı milyarder rus sevgilisi Eqor Tarabasovdan qalmaqallı şəkildə ayrılan 30 yaşlı aktrisa, çox vaxt keçmədən Dennislə münasibətə başlayıb.

Hazırda cütlük Yunanıstanın Mikonos adasında tətil edir.

Məlumata görə, Lohan keçmiş sevgilisi Eqorla dava edərkən Dennis onları ayırıb. Onlar həmin vaxt tanış olublar və münasibətləri daha sonra sevgiyə çevrilib.

Dennisin Lohanla birlikdə olmaq üçün model sevgilisi Noelle Koutradan ayrıldığı bildirilir.