Şəmkirdə 75 yaşlı qadını avtomobil vurub.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Şəhər sakini,1941-ci il təvəllüdlü Əfruz Həsənova yaşadığı evin qarşısında yolu keçən zaman yük avtomobili tərəfindən vurulub. Xəsarət alan qadın Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.