Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

Unikal.org-un Apasport.az saytına istinadən məlumatına görə, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız bu gün Rumıniya ilə üz-üzə gəlib. Təmsilçimiz bu turu da itkisiz başa vurub - 1:3.
İkinci millimiz isə görmə qabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (IBCA) məğlub edib - 0.5:3.5.
Üçüncü yığmamız digərlərindən fərqli olaraq Türkmənistana məğlub olub - 0.5:3.5.
Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşıb. Xanımlarımız bərabərliyə razılaşıb - 2:2. İkinci millimiz İtaliyaya qalib gəlib - 2.5:1.5. Üçüncü komandamız isə Braziliya ilə xalları yarı bölüb - 2:2.
Olimpiada-2016
IV tur
Kişilər
Rumıniya (2572) - Azərbaycan-1 (2705) - 1:3
IBCA (2275) - Azərbaycan-2 (2576) - 0.5:3.5
Azərbaycan-3 (2350) - Türkmənistan (2416) - 0.5:3.5
Turnir cədvəli: 1. Rusiya, 2. Azərbaycan-1, 3. Kuba, ...11. Rumıniya - hamısı 6 xal, ...33. Azərbaycan-2, ...59. Azərbaycan-3, ...78. Türkmənistan, 79. IBCA - hamısı 4.
Qadınlar
Azərbaycan-1 (2320) - Rumıniya (2343) - 2:2
İtaliya (2270) - Azərbaycan-2 (2248) - 2.5:1.5
Azərbaycan-3 (2016) - Braziliya (2116) - 2:2
Turnir cədvəli: 1. Rusiya, 2. Fransa, 3. Hindistan, ...11. Rumıniya, 12. Azərbaycan-1 - hamısı 6 xal, ...15. İtaliya, ...19. Azərbaycan-2 - hər ikisi 5, ...33. Azərbaycan-3, ... 44. Braziliya - hər ikisi 4.