Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 7-də Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etmək üçün Fransaya işgüzar səfər edib.

XİN-dən Unikal.org-a verilən məlumata görə, E.Məmmədyarovun sözügedən tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.