Tanınmış meyxanaçı Namiq Məna keçmişi ilə bağlı maraqlı fakt açıqlayıb.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, açıqlama verən Məna vaxtilə onu öldürmək istədiklərini deyib:

"1992-ci ildə yeməyimə kül mismarı atdılar. Məni öldürmək istədilər. Bilmədim, bu mismar boğazımdakı boşluqda ilişib qalıbmış. Hərdən batırdı, hərdən də hiss olunmurdu. İki ildən sonra mismar mənə boğulma verdi, nə qədər həkimə getdiksə, əlac olmadı. Qubadlıdan olan Seyid Umud ağa barmağı ilə boğazımı yoxladı və dedi ki, Şəkil adlı çöpçünün yanına get, o səni bu bəladan qurtaracaq. Seyid Sədi ağa ocağında uzun illər xidmətçi işləyən Şəkil xala üzümə baxan kimi dedi ki, sən dəmir yeyirsən? Boğazımdan paslanmış mismar çıxardı, o saat beynim açıldı, gözümə işıq gəldi. O qadın məni ölümdən qurtardı."
N.Məna bu işin arxasında onu gözügötürməyən sənət adamlarının dayandığını deyib.