Bakıda azyaşlını maşın vurub.

Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 6-da saat 17 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Naməlum sürücünün idarə etdiyi "Daewoo markalı avtomobillə azyaşlı Milana Məhərrəmova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.