Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Naibə Allahverdiyevanın maşınından qeyri-adi oğurluq ediblər. 

Unikal.org xəbər verir ki, bu haqda aktrisa Milli.Az-a bildirib:

"2 həftə bundan əvvəl başıma qeyri-adi oğurluq hadisəsi gəlib. Maşınımı dəniz kənarına yaxın bir yerdə saxlayıb, marketə girdim. İtim də maşında idi. Dəniz kənarına gedərkən çox vaxt iti özümlə aparıram. Maşınla marketin məsafəsi çox yaxın olduğundan avtomobilin qapılarını bağlamadım. Maşına daxil olanda gördüm ki, itimin bahalı xaltasını və geyimini götürüblər. Əslində çox sevindim ki, itim maşındadır. Görünür, oğru maşında oğurlamağa başqa bir şey tapmayıb (gülür).

Tanınmış aktrisanın maşınından qeyri-adi oğurluq etdilər - FOTO