Goranboy rayonunda idarə etdiyi avtomobili zarafatla dostunun üzərinə sürən sürücü onu vurub. 

Unikal.org xəbər verir ki, Goranboy rayon Polis Şöbəsindən "Reporta verilən məlumata görə, Dəliməmmədli şəhərində baş vermiş avtoqəza zamanı piyada, 1985-ci il təvəllüdlü Tural Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Zərərçəkmişin atasının polisə verdiyi məlumata görə, hadisəni oğlunun dostu olan Sadiq adlı şəxs törədib.

Belə ki, o, idarə etdiyi "Niva markalı avtomobillə hərəkətdə olarkən zarafatla yol kənarında dayanan T.Rustəmovun üzərinə sürüb. Oğlu avtomobilin önündən qaça bilməyib. Dostunu vuran sürücü isə hadisə yerindən qaçıb.

Baş vermiş hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.