Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov Londona gedib.

Müdafiə Nazirliyindən unikal.org-a verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda keçiriləcək Müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün London şəhərinə səfərə gedib.