Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarsında davam etdirilib.

Unikal.org xəbər verir ki, bu barədə APA-ya vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, prosesdə prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək. R. Səfərov sabah son söz deyəcək.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.