Müğənni Demet Akalın Qurban bayramında konsertüçün gələn bütün təklifləri rədd edib.

Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, ilk dəfə bir bayramda işləməyəcəyini deyən ifaçı "Ailəmlə Fransaya tətilə gedəcəyəm. Hər şey pul deyil" deyib.

D.Akalın bu təklifləri rədd etməklə hər konsertə 100 min lirədən (təxminən 50 min manat) imtina edib.