Yeni dərs mövsümünə az qalmış universitetlərin dərslik problemi yenidən gündəmə gəlib. Tələbələrin əksəriyyəti geridə qalan illərdə dərslik problemi ilə qarşılaşıb. Bunlardan ən əsası müasir elmi əsərlərin tərcümə olunmuş nüsxələrinin olmamasıdır.

Digər problem yerli müəlliflərin yazdığı dərsliklərin keyfiyyətsiz olması və əksər hissəsini plagiatın olmasıdır.

Universitetlərdəki dərsliklərin daha bir problemi məzmunların köhnə olmasıdır. Xüsusilə də texniki ixtisas dərsliklərinin belə olması tələbələri müasir biliklərdən uzaq salır. Pedaqoqlar deyir ki, bu problemin əsas səbəbi ali məktəblərin elmi-metodiki şuralarının normal fəaliyyət göstərməməsidir.

Əjdər Ağayev bəzi universitet müəllimlərinin müəllifi olduğu dərsliklərin tələbələrə müxtəlif yollarla təzyiq edilərək zorla satılmasının da qanundankənar olduğunu deyir. Ekspertin fikrincə, onsuz da həmin kitab tələbə üçün həqiqətən lazım olsa onu alacaqlar və bu alqı-satqı ancaq kitab satış yerlərində həyata keçirilməlidir.

"Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: