Sürücülər ödəniş edib avtomobillərini yeraltı dayanacaqlarda saxlayırlar. Amma onlara verilən qəbzdə yazılır ki, itən əşyalara cavabdeh deyilik. Bakıda bir çox avtomobil parkında bu qayda tətbiq edilir.

Bu məsələ sürücülərin narazılığına səbəb olur. Onlar bildirir ki, avtomobil dayancaqda olduğu müddətdə məsuliyyət əraziyə nəzarət edən qurumdadır.

Bu məsələ avtodayanacaqlarda avtomobillər eləcə də içərisindəki əşyaların toxunulmazlığına görə məsuliyyəti gündəmə gətirir.

Nazirlər Kabinetinin bununla bağlı nümunəvi əsasnaməsində qeyd edilir ki, duracaq və qaraj sahiblər nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidirlər.

Yəni əsasnamədə əşyanın itməsi kimi konkretlik yoxdur.

"Xəzər Xəbərmövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: