"Bizim evdə Bibliyailə bərabər Quran da var. Mən hər il bütün azərbaycanlılar kimi Qurban Bayramını qeyd edirəm. 

Unikal.org xəbər verir ki, bu sözləri A24.Az-a Azərbaycanda yaşayan gürcü müğənni Manana Çaparidze deyib.

Bildiyiniz kimi sentyabrın 12 və 13-ü bütün müsəlmanlar Qurban Bayramını qeyd edəcək. Bəs Azərbaycan şou-biznes nümayəndələri necə, qurban kəsəcəklərmi? Elə bu sualla şou-biznes əhlinə müraciət etdik. Aldığımız cavablarsa müsbət oldu.

Artıq uzun illərdir ölkəmizdə yaşayıb fəaliyyət göstərən və çoxlu sayda sevənləri olan gürcü ifaçı Manana Çaparidze də hər il olduğun kimi bu il də Qurban Bayramını qeyd edəcəyini söylədi.

"Qurban bayramı müsəlmanların müqəddəs bayramıdır. Biz hər il istər Azərbaycanda, istərsə də Gürcüstanda azərbaycanlı dostlarla bərabər qurban bayramını qeyd edirik. Hər il qurban kəsirik. Bu il də kəsməyi düşünürük. Hətta qurban kəsib məcidlərdə də paylamışıq. 18 ildir Azərbaycanda yaşayıram. Bu ölkənin vətəndaşıyam onun müqəddəas saydığı bayramlar mənim üçün də müqəddəsdir. Allah birdir. Məndə Bibliya ilə bərabər evdə Quran da var. Biz ailəliklə bu bayramı qeyd edirik. Arzu edirəm ki, Allah pis günləri Azərbaycan xalqından uzaq eləsin-deyə Manana öz fikirlərini bölüşüb.

maxresdefault (1)

"Toylar kralı titullu Səməd Səmədov da qurban kəsib yoxsul ailələrə paylayacağını bildirib. "Hər zaman kimsəsizlərə, kasıblara əl tutmağa çalışmışam. Eləcə də hər il qurban bayramında Ramana kəndindəki əlillər, Bilgəhdəki kimsəzilər evinə gedir onların bayram payını çatdırıram-deyə ifaçı söyləyib. Daha sonra Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edən xalq artisti hər kəsə uzun ömür can sağlığı diləyib.

publika.az14168261287057_ry9f5z828e

Ədalət Şükürov da xalqımızı Qurban Bayramı münasibəti ilə təbrik edib. Bayramı ailəsi ilə birlikdə qeyd edəcəyini söyləyən müğənni xırda buyunuzlu heyvan kəsməyi düşündüyünü və ehtiyacı olan ailələrə paylayacağını bildirib.

edalet-sukurov

"Arzu edirəm ki, inşallah xalqımız Qarabağda qurbanlar kəssin-deyə ifaçı öz arzu və diləyini çatdırıb.

Xalq artisti Mübariz Tağıyev də qurban kəsəcək. Azərbaycan xaqlına sülh və əminamanlıq arzu edən müğənni hər il ehtiyacı olan ailələrə qurban ətinin verilməsinin vacibliyini vurğulayıb.

393653

Xalq Artisti Nazpəri Dostəliyeva da müqəddəs Qurban Bayramını ailəsi ilə birlikdə qeyd edəcək. Azərbaycanlıları bayram münasibəti ilə təbrik edən xanım ifaçı hər il olduğu kimi bu il də qurban kəsəcəyini bildirib.kjjjkkh3+

Bu il dəqurban kəsəcəyini söyləyən meyxanaçı Namiq Qqaraçuxurlu Azərbaycan xaqlına sağlamlıq və bol ruzi bərəkət arzu edib. O, bildirib ki, hər il olduğu kimi bu il də uşaqlar, qocalar evinə və kasib ailələrə qurban sovqatıçatdıracaq.