Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın sevgilisi Cem Ozan Torunlar onunla yeni fotolarını paylaşıb.

Unikal.org axşam.az-a istinadən məlumatına görə, Ozan fotolardan birində atası Alinin ad gününü qeyd etdiklərini vurğulayıb. Ad günü mərasimində G.Zeynalovanın valideynləri də yer alıb.

Ozan daha sonra Günellə şam yeməyində olarkən çəkdirdiyi şəkli paylaşaraq "Həyat səninlə daha gözəldir sözlərini qeyd edib.