Bu səhər saatlarında Quba rayonun Barlı kəndindəNəcəf Abbasova məxsus tövlə və ot tayası yanıb.
Unikal.org
Region TV-yə istinadən xəbər verir ki, 6 baş iribuynuzlu heyvan vaxtında tövlədən çıxarılıb.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Zərəçəkənin sözlərinə görə, ona qonşu xəbər edib: "Qonşunun nəvəsi dedi ki, dayı tövlə yanır. Qaçdım gördüm ki, tövlə arxadan yanır. Ot yeri. Məcbur oldum ancaq heyvanları çıxartdım bayıra. Çıxartmağımla da alışdı tövlə".

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.