"Yeşilçam filmlərinin əfsanəvi aktyoru Mahmud Həkimoğlunun vəziyyəti pisləşib.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən 61 yaşlı aktyor reanimasiyaya yerləşdirilib.

Xəbəri eşidən yaxınları və aktyor həmkarları xəstəxanaya axışıb. Nuri Alço sosial mediada yazıb ki, hazırda Mahmud Kərimoğlunun şüuru üstündə deyil və həyati
təhlükəsi var:

"Ümidlə gözləyirik. Hər kəs dua etsin.

Qeyd edək ki, M.Kərimoğlu karyerası ərzində 80-dən çox film və serialda rol alıb. Bundan başqa, 12 ekran işinin isə prodüseri olub.