Bir müddət əvvəl ATV kanalından ayrılan və boşanmağı ilə gündəmə gələn Samirə Mustafayeva əməliyyat olunub.

Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, Samirə bir neçə gün bundan əvvəl xarici görünüşündə dəyişiklik edib.

Keçmiş xəbər aparıcısı burnunun quruluşundan narazı olduğu üçün bıçaq altına yatmaq barədə qərar qəbul edib.

Xatırladaq ki Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar, 2016-cı ildə münasibətlərinə son qoyublar.

Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib.

Boşanandan sonra əməliyyata girdilər... -  Fotolar
Boşanandan sonra əməliyyata girdilər... -  Fotolar
Bu məqamda qeyd edək ki, boşandıqdan sonra xarici görünüşündə dəyişiklik edən digər məşhur isə Lətifə Soyuöz olub.

Müğənni Türkiyə vətəndaşı Deniz Soyuözlə münasibətlərinə son qoyduqdan sonra plastik əməliyyat olunub.

L. Söyuöz sinəsini kiçildib, qarın bölgəsindəki artıq ətlərdən xilas olub.

Bildirək ki,Lətifə və Denizcütlüyü bir ay bundan əvvəl münasibətlərinə qon qoyublar. Onların 2014-cü ilin dekabr ayında Arif adlı oğulları dünyaya gəlib.
Boşanandan sonra əməliyyata girdilər... -  Fotolar
Boşanandan sonra əməliyyata girdilər... -  Fotolar