Dünən Bakıda iki nəfərin ölümünə səbəb olan hadisənin təfərrüatları məlum olub.
 
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, bədbəxt hadisə Sabunçu rayon sakini 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun həyətində baş verib. Belə ki, E.İbrahimovun həyətində elektriklə işləyən aparatla su quyusu qazan qonşusu 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviç təxminən 20 metr dərinlikdə olarkən huşunu itirib. Bunu görən E.İbrahimov dərhal quyuya enib və qonşusunu xilas etməyə çalışıb. Lakin o da dərinlikdə huşunu itirib. Bunu görən yaxınları quyuya düşməyin riskli olduğunu görüblər və xilasediciləri çağırıblar.

lkin araşdırma zamanı məlum olub ki, hər iki şəxsin ölümünə quyu qazılarkən onun dibinə qoyulmuş elektrik generatorunun buraxdığı qaz səbəb olub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən Bakıda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
 
Unikal.org-un  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dərinliyi təxminən 20 m olan su quyusuna düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin cəsədlərini su quyusundan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.