Bu gün gecə saatlarında Neftçilər prospektində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş avtomobil qəzası baş verib. 

Unikal.org "Azəravtoyol ASC-yə istinadən xəbər verir ki, "Range Rover Vogue markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb, nəticədə avtonəqliyyat vasitəsi piyada keçidinə düşüb. Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 8000 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Qeyd edək ki, bu gecə Bakının mərkəzində avtomobil yeraltı piyada keçidinin içinə düşüb. Hadisə saat 02:40 radələrində Neftçilər prospektində (Kukla Teatrının qarşısı) 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Arif oğlunun idarə etdiyi "Land Rover markalı, 90 RE 006 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yeraltı keçidin çıxışına çırpılıb.

Nəticədə sürücü kəllə-beyin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub.