Onlarla turist Fransa Alpında Monblan dağında sıradan çıxmış funikulyorun kabinələrində gecələməli olub.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, ilkin olaraq kanat yolunda 110 nəfər qalıb, amma onlardan əksəriyyəti helikopter vasitəsilə təxliyyə edilib.

Xilasetmə əməliyyatına gecə fasilə verilib və bu gün səhər davam edəcək.

Məlumata görə, kanat yolunun kabinələri naməlum səbəbdən dolaşaraq hərəkəti dayanıb.

Müxtəlif məlumatlara görə, 3800 metr hündürlükdə 33-45 nəfər adam qalıb. Xilasedicilər onlara su və yemək çatdırıblar.

Xilasetmə əməliyyatında Fransa, İtaliya və İsveçrədən olan xilasedicilər iştirak edirlər.