Bu gün müğənni İradə İbrahimovanın oğlu Əlinin 1 yaşı tamam olur.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, ifaçı övladını sosial şəbəkədə təbrik edib:

"Ötən il bu günü həyatımın ən gözəl, ən özəl anlarından birini yaşadım. Rəbbim qucağıma bir körpəni, ürəyimə bir ömürü, həyatı əmanət etdi.

30 yaşımı və qarşısında 3 olan hər yaşımı sevirəm. Mənə gözəl ailə, bir qız, bir oğlan övladı bəxş etdi.

Ana olmaq mənə özümü və sizləri yenidən tanıtdı. Bəzilərinə nifrət etdirdi, bəzilərini çox sevdirdi. Qısaca, mən ana olmağı çox sevdim. Rəbbim arzusunda olan hər kəsə yaşatsın.

Qeyd edək ki, İ.İbrahimli Ceyhun İzer adlı türkiyəli iş adamı ilə ailəlidir. İki övladı olan sənətçi uzun illərdir İstanbulda yaşayır.