Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Hassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə məlumat Unikal.org-a XİN-in mətbuat xidmətindən verilib.

Məlumata əsasən, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Hassan Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Mərakeşin Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

Elmar Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına verdiyi töhfələrə görə, səfirə öz təşəkkürünü bildirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.