Məşhur amerikalı müğənni Madonna 16 yaşlı oğlu Rokkonu himayəsinə keçirmək üçün keçmiş həyat yoldaşı, ingilis aktyor və rejissor Qay Riçiyə qarşı məhkəmə prosesini uduzub.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 58 yaşlı Madonna ilə 47 yaşlı Riçi arasında məhkəmə prosesi 9 ay davam edib.

Nyu York məhkəməsi Rokkonun Londonda atasının yanında qalmasına qərar verib.

Qeyd edək ki, Madonna 8 il evli qaldığı Riçidən 2008-ci ildə boşanıb. Riçi 2015-ci ildə Cakui ilə ailə qurub.