Türkiyənin məşhur müğənnisi Sinan Akçıl sevgilisi Ebru Şallıdan ayrıldıqdan sonra İstanbulda bir qadınla görünüb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinan Ebrunun bu yaxınlarda Cem Yımazla sevgi münasibətinə başlamasından sonra, bu hərəkəti ilə sanki ona cavab verib.

Jurnalistləri görən müğənni sürücüsünə maşını tez sürməyi tapşırıb.

Qeyd edək ki, Sinan və Ebru tez-tez mediada bir-birinə qarşı sərt açıqlamaları ilə gündəmə gəlirlər.