Qazaxda bıçaqlanma olub.

Unika.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Kənd sakini 1964-cü il təvəllüdlü Dünyamalı Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır